Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayılıb.
Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.