Dövlət Departamenti Azərbaycanda qanunsuz həbsinə etiraz əlaməti olaraq yüz gündür aclıq edən müxalif fəal Əlizamin Salayevin işini "diqqətlə izləməyə davam edəcəyini" bəyan edib.
Qeyd edək ki, Xalq Cənhəsi Partiyasının üzvü olan Salayev fevralda "xuliqanlığa" görə həbs edilib. O, bu iddianı qətiyyətlə təkzib edir və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.
"Bizim Əlizamin Salayevin aclıq elan etdiyindən xəbərimiz var və onun işini diqqətlə izləməyə davam edəcəyik",-deyə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel bildirib.
"Biz əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqik və hakimiyyəti söhbət insan hüquqlarından getdiyi zaman Azərbaycanın öz konstitusiyasına və beynəlxalq sazişlərə uyğun addımlar atmağa çağırırıq".