Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
XİN rəsmi nümayəndəsi bildirdi ki, ermənistanlı və azərbaycanlı həmkarları ilə üçtərəfli görüşdən əlavə ikitərəfli görüşləri də baş tutacaq.
Ümid edirik ki, qarşıdan gələn təmaslar Yerevan və Bakıya mübahisəli məsələləri nizamlamağa yardım edəcək. Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanması, üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə etmək lazımdır”,- Zaxarova bildirdi.