Mayın 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Reykyavikdə Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb.
İkitərəfli siyasi gündəliyin təşviqi, o cümlədən çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub. Ararat Mirzoyan tərəfdaşına Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son inkişafları, danışıqlarda əsas məsələlər üzrə erməni tərəfinin prinsipial mövqelərini təqdim edib.
Hərtərəfli nizamlanma kontekstində digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həllinin vacibliyi vurğulanıb.