Avropa İttifaqı (Aİ) Gürcüstanın Rusiya ilə birbaşa uçuşları bərpa etməsini tənqid edib.
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Peter Stano keçirdiyi brifinqdə müvafiq qərarın təəssüf doğurduğunu və narahatlıqlara səbəb olduğunu deyib.
“Biz və tərəfdaşlarımız Rusiyaya, Rusiyadan və Rusiya vasitəsilə olan uçuşlara icazə vermirik. Ona görə də bunu yaddan çıxarmamaq çox vacibdir. Gürcüstan rəsmilərinin bu son qərarı Gürcüstanın Avropa yolu, həmçinin Aİ-Gürcüstan Assosiasiya Razılaşmasında qeyd edilmiş Gürcüstanın xarici siyasətində Aİ ilə uyğunlaşmaq öhdəliyi baxımından narahatlığa səbəb olur”, - o deyib.