ABŞ Dövlət Departamenti “Beynəlxalq Dini Azadlığı 2022” hesabatını yayıb. Bəyanatda Kornell Universitetinin “Caucasus Heritage Watch” təşkilatının sentyabr ayında dərc etdiyi araşdırmaya istinad edilir. Araşdırmada qeyd olunur ki, peyk görüntüləri tədqiqi göstərdi ki, 1997-2011-ci illər ərzində Naxçıvanda 108 orta əsrə aid və müasir erməni monastırları, kilsələri və qəbiristanlıqları dağıdılıb. Onalrdan bəziləri, məsələn, Surb Tomas monastırı məscidlərə və ya digər ictimai binalara çevrilmişdir.
“Oktyabr ayında “Caucasus Heritage Watch” əlavə hesabat dərc edərək bildirdi ki, 18-19-cu əsrlərə aid Surb Sargis erməni kilsəsi mart-iyul aylarında məhv edilib.Təşkilatın məlumatına görə, Surb Sargis kilsəsinin dağıdılması Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci ilin dekabrında qəbul etdiyi qərarın ciddi şəkildə pozulmasıdır”, - hesabatda deyilir.
Hesabatda onu da qeyd olunur ki, Azərbaycan siyasi motivli fiziki zorakılıq tətbiq etməkdə və dini fəalları həbs etməkdə davam edir.