Bu gün, mayın 16-da ER İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Anahit Manasyan Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Rixteri və səfirin müavini Erik Tintrupu qəbul edib.
Anahit Manasyan Syunik və Geğarkunik bölgələrində aparılan faktladırıcı fəaliyyəti nəticəsində qaldırılan məsələlərə, Azərbaycan silahlı qüvvələrinin fəaliyyəti nəticəsində sərhədyanı yaşayış məntəqələrində insan hüquqlarının pozulmasına, Laçın dəhlizinin bağlanması nəticəsində yaranan humanitar problemlərə, eləcə də hərbi əsir və itkin düşmüş şəxslərin problemlərinə xüsusi toxunub. Ombudsman Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərə səfərinin təfərrüatları, hüquqlarının təmin edilməsi vəziyyəti və saxlanma şəraitini təqdim edib.
Görüş zamanı milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Müdafiəçi bu yaxınlarda Strasburqa səfərinin təfərrüatlarını da səfirə təqdim edib.