Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb.
Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.
Görüşdə Azərbaycan ilə Aİ arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib.
Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.