Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, “Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli sayılan şəxslər həbs edilib”.
İki şəxsin Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 28, 214.1 (terrorçuluğa hazırlıq) maddələri ilə ittiham edilərək həbs olunduqları bildirilir.