ABŞ Dövlət Departamenti Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə münasibət bildirib.
Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə görüşün nəticələrinə dair sualı cavblandırıb.
“Mənim bununla bağlı heç bir əlavə qiymətləndirməm yoxdur. Mən iki tərəfin də yeniliklər barədə danışdığına ümid edirəm. Aydındır ki, ABŞ bu danışıqlarda tərəf deyil. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, sülhün tərəfdarı kimi bu görüşün də mühüm addım olduğuna inanırıq”, - deyə Patel vurğulayıb.