“Freedom House” təşkilatı dünyanın demokratik qüvvələrini Dağlıq Qarabağın mülki əhalisinin Azərbaycanın avtoritar rejiminin mühasirəsindən azad edilməsi üçün daha fəal olmağa çağırıb.
Məqalədə bildirilir ki, 2020-ci il atəşkəs Dağlıq Qarabağ xalqını Azərbaycan hərbçilərinin mühasirəsində və Rusiya sülhməramlılarının şübhəli himayəsi altında qoyub. Bu il şərait daha da pisləşib.
“Hətta Azərbaycan prezidenti və Ermənistanın baş naziri nizamlanma üçün daha geniş şərtləri müzakirə edərkən belə, Azərbaycan qüvvələri son bir neçə ay ərzində Dağlıq Qarabağın blokadasını gücləndirərək sakinləri humanitar böhrana sürükləyiblər.
Artıq dünyanın müxtəlif demokratik dövlətləri Bakının hərəkətləri nəticəsində insan haqlarının pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər və beynəlxalq qurumlar getdikcə daha çox müdaxilə edir.
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana Laçın dəhlizinin hər iki istiqamətində insanların, nəqliyyat vasitələrinin və yük maşınlarının maneəsiz hərəkətini təmin etmək üçün “bütün zəruri tədbirləri görməyə” tapşırıb, lakin Azərbaycan hökuməti blokadanı nəinki saxladı, hətta onu leqallaşdırdı.
Dünyanın bir çox demokratik dövlətləri bu gün Moskvanın Ukraynaya təcavüzünə qarşı çıxmaq üçün bir araya gəlir, lakin onlar unutmamalıdırlar ki, oxşar ədalətsizliklər başqa yerlərdə də baş verir”, - deyə təşkilat bildirib.