Türkiyədə 28-ci parlament seçkilərində Nazirlər Kabinetinin 15 üzvü və vitse-prezident Fuat Oktay deputat seçilib. F.Oktay Türkiyə Böyük Millət Məclisində paytaxt Ankaranı təmsil edən deputatlardan biri olacaq.
Bundan əlavə, xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar Kayserinin yeni millət vəkili olublar.
Eyni zamanda, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf, şəhərçilik və iqlim naziri Murat Kurum, təhsil naziri Mahmut Özer, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ticarət naziri Mehmet Muş Samsundan, xəzinə və maliyyə naziri Nureddin Nebati, daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, əmək və sosial müdafiə naziri Vedat Bilgin Ankaradan deputat seçiliblər.
Seçki qutularının açılması prosesi davam edir.