Rusiya mayın 15-dən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə ölkəyə daxil olan şəxslər istisna olmaqla, Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
Rusiya Prezidentinin müvafiq fərmanı mayın 10-da hüquqi informasiya portalında dərc edilib.
Sənəddə deyilir ki, mayın 15-dən Gürcüstan vətəndaşları etibarlı şəxsiyyət sənədləri əsasında Rusiya Federasiyasına daxil olur və Rusiya Federasiyasını viza vermədən tərk edirlər.
İstisna əmək fəaliyyəti ilə məşğul olmaq üçün və ya 90 gündən çox müddətə, o cümlədən təhsil almaq məqsədi ilə daxil olan vətəndaşlardır.