Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Brüsseldə keçirilən üçtərəfli danışıqları daha məzmunlu adlandırır. O, bunu Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorinlə keçirdiyi mətbuat konfransında deyib.
Jurnalistlərlə keçirdiyi brifinqdə Paruyr Hovhannisyan Ermənistanın sülh müqaviləsinin imzalanması və nəqliyyat yollarının açılması prosesindəki qırmızı xətlərini bir daha təsdiqləyib. “Bu, bizim qırmızı xətlərimizdən biridir... o yollar. Söhbət dəmir yolundan gedir: o, yalnız ER qanunvericiliyinin səlahiyyətləri altında fəaliyyət göstərməlidir. O məsələ ilə bağlı dəqiq zəmanətlər alandan sonra tikinti və digər işlərdən danışmaq olar”.
Paruyr Hovhannisyan Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasına da toxunaraq qeyd edib ki, müqavilə son nəticədə sülhün əldə edilməli olduğu bütün prinsipləri ehtiva edir.
“Bu məsələ ümumi məsələdən ayrı deyil. O məsələ həm müqavilədə, həm də digər davam edən proseslərdə yer alıb, ona görə də o məsələni bir-birindən ayırmaq mümkün deyil”.
Xarici işlər nazirinin müavini onu da vurğulayıb ki, vasitəçilər “Zangezur dəhlizi” deyilən ifadədən istifadə etmirlər ki, bu da onların məsələ ilə bağlı mövqeyini sübut edir.