“Ötən həftə XİN rəhbərinin Vaşinqtonda apardığı danışıqlardan sonra Brüsseldə Şarl Mişelin ev sahibliyi etdiyi Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən beşinci görüşdən ümidverici xəbərlər var.
NATO Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir”.
Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “Twitter“ hesabında bildirib.