Çox böyük ehtimal var ki, bu il İranla azad ticarət zonası haqqında saziş imzalayacağıq. Bu barədə Moskva-Minsk-Astana-Bişkek-Yerevan online formatənda görüş zamanı Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnyev məlumat verib.
O qeyd edib ki, hətta iki ildən artıqdır ki, mövcud olan müvəqqəti saziş ticarət dövriyyəsini demək olar ki, iki dəfə artırıb.
"Biz müqavilə imzalandıqdan sonra 5-7 il ərzində ticarəti hazırkı 6 milyard dollardan 20 milyard dollara çatdırmağı planlaşdırırıq",- o vurğualdı.
Onun sözlərinə görə, İran çox ciddi tərəfdaşdır, böyük ölkədir.