“Azərbaycanla Ermənistan arasında çox vacib sülh sazişi məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən məmnuq idik”, -deyə o bildirib.
Vedant Patel inandığını bildirib ki, bu danışıqlar səmərəli olub və Brüsseldə keçiriləcək danışıqların davamı üçün zəmin yaradıb.
Dövlət Departamentinin rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar davamlı və ləyaqətli sülhə doğru əldə olunan tərəqqiyə xələl gətirir.