Mayın 9-dan indiyə qədər fələstinli yaraqlılar Qəzza hissəsindən yəhudi dövləti ərazisinə doğru 866 raket atıb, onlardan 260-ı “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib. Öz növbəsində İsrail ordusu Qəzza hissəsində 215 hədəfi vurub. Bu barədə cümə günü ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, mayın 12-nə keçən gecə İsrail hərbçiləri Fələstin anklavında “İslami Cihad” terror təşkilatına məxsus hərbi bazalara və reaktiv yaylım atəşi sistemlərinə hücumu davam etdirib. Mayın 9-dan İsrail hərbçiləri “İslami Cihad”ın hərbi obyektlərinə hücum edərək “Qalxan” əməliyyatı həyata keçirir. O, bir həftə əvvəl yəhudi dövlətinə edilən kütləvi raket hücumuna cavab olaraq başlayıb.
Mayın 2-də Qəzza hissəsindən olan radikallar bir gündə İsrailə yüzdən çox raket və minaatan atıblar.