Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfər edəcək.
Bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Beşgünlük işgüzar səfərdə Qriqoryanı onun köməkçisi Azat Babayan və Təhlükəsizlik Şurası Aparatının siyasi, sosial və iqtisadi təhlükəsizlik departamentinin müşaviri Arşak Musaxanyan müşayiət edəcək.