"Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi funksiyasını yerinə yetirir və Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını qeyd edib.
Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb.