ER XİN Azərbaycamın son təxribatına dair bəyanat yaydı. Mayın 11-də Azərbaycan silahlı qüvvələri növbəti dəfə təxribat və təcavüzkar hərəkətlərə əl ataraq, minaatanlardan və artilleriyadan qurğularından istifadə etməklə Ermənistan Respublikasının suveren ərazisini atəşə tutub. Erməni tərəfində yaralıları var.
“Beynəlxalq hüququn fundamental prinsiplərindən birinin - gücdən istifadə etməmək və ya güc tətbiq etməmək prinsipinin təkrar pozulması əldə olunmuş razılaşmalara, o cümlədən 2022-ci ilin oktyabrın 31-də Soçi üçtərəfli bəyanatı ilə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə hörmətsizliyi göstərir.
Vəziyyətin sabitliyini pozmağa yönəlmiş Azərbaycanın bu hərəkətləri həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş Vaşinqton görüşünə, Brüssel və Moskvada planlaşdırılan görüşlərə, Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olan beynəlxalq tərəfdaşların göstərdiyi səylərə açıq hörmətsizlikdir.
Biz Azərbaycanın hərbi-siyasi rəhbərliyini güc tətbiq etməklə danışıqlar prosesini pozmaq, bununla da Ermənistana təzyiq göstərmək kimi əsassız və biabırçı cəhdləri dayandırmağa çağırırıq”,- bəyanatda qeyd olunub.