Hindistanın Ticarət və İqtisadi Təşkilatının prezidenti Asif İqbal bildirib ki, Ermənistan, İran və Hindistan “Fars Körfəzi-Qara Dəniz” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzərində işləyir.
O qeyd edib ki, hazırda bu məsələ üç ölkənin rəhbərləri səviyyəsində müzakirə olunur və layihəyə özəl sektorun cəlb edilməsi planlaşdırılır.
İqbalın sözlərinə görə, Hindistan Ermənistanı öz mallarının AİB bazarına daxil edə bilmək üçün körpü hesab edir.