Azərbaycan danışıqlarda Ermənistana öz şərtlərini diktə etməyə çalışır, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz Twitter səhifəsində Azərbaycan silahlı qüvvələrinin Sotk istiqamətində növbəti təxribatına toxunaraq yazıb.
“Azərbaycan tərəfinin Ermənistanla sərhəddə törətdiyi təxribat Azərbaycanın davamlı olaraq Ermənistan tərəfinə güc və hədə-qorxu ilə təzyiq göstərmək siyasətini bir daha sübut edir.
“Yaralı hərbçiləri təxliyyə edən təcili tibbi yardım maşınının və erməni mövqelərinin atəşə tutulması Azərbaycanın danışıqlar prosesində Ermənistan tərəfinə öz şərtlərini diktə etmək cəhdindən xəbər verir”, – Marukyan yazıb.