Mayın 11-də saat 06:00-dan etibarən Azərbaycan silahlı qüvvələrinin bölmələri Sotk istiqamətində yerləşən erməni mövqelərini artilleriya və minaatanlardan atəşə tutur.
Saat 07:00-a olan məlumata görə, erməni tərəfinin 2 yaralısı var.
“Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri müvafiq qoruyucu-qabaqlayıcı tədbirlər həyata keçirir.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı guya ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbycan mövqelərini atəşə tutub və bunun nəticəsində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu yaralanıb, həqiqətə uyöun deyil”- bəyanatda deyilir.
Saat 07:50-a olan məlumata görə, Azərbaycan silahlı qüvvələrinin bölmələri Sotk hissəsində yerləşən erməni mövqelərini artilleriya və minaatanlardan atəşə tutmaqda davam edir.
Silahlı Qüvvələri tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür.