Mayın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Tərəflər grüşdə regional təhlükəsizlik və sabitliklər bağlı məsələləri müzakirə ediblər.
Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çərçivəsində fundamental məsələlərlə bağlı erməni tərəfinin mövqelərini təqdim edib.
Azərbaycan tərəfindən 9 noyabr 2020-ci il tarixli bəyantının pozulması ilə Laçin dəhlizinin davam edən blokadası və Dağlıq Qarabağda humanitar böhranla əlaqədar Cənubi Qafqazın sabitliyində maraqlı olan tərəfdaşların səmərəli addımlar atmasının zəruriliyi bir daha təsdiqlənib.