ER Baş nazir Nikol Paşinyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan tərəfindən Laçin dəhlizinin qeyri-qanuni blokadaya alınması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, regional nəqliyyat infrastrukturlarının açılması ilə bağlı məsələləri müzakirə ediblər.
Baş nazir mövcud əsas məsələlərin həlli ilə bağlı erməni tərəfinin yanaşmalarını təqdim edib.