Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə İran Xarici işlər naziri Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bu barədə Cozep Borrell Tvitter paylaşımında bildirib:
"İran xarici işlər naziri Abdullahiyan ilə telefon danışığı zamanı mən İsveç vətəndaşı olan iranlı Həbib Çaabın edam edilməsini şiddətlə qınadım və İrandan Almaniya vətəndaşı olan iranlı Cəmşid Şarmandın edam edilməməsini xahiş etdim".
Borrell söhbət zamanı İranı həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı davam etdirməyə çağırıb.