ER Parlamentinin deputatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin üzvləri Babken Tunyan və Gevorg Papoyan mayın 4-5-də Ankarada keçirilən iclasın nəticələrinə toxunublar.
Deputatların sözlərinə görə, iclasın gündəliyi dolu olub, iqtisadi məsələlər müzakirə edilib, lakin müxtəlif ölkələr arasında münaqişələr olduğundan, iqtisadi gündəm arxa plana keçib, konfransda iştirak edən ölkələr daha çox siyasi məsələləri müzakirə ediblər.
Ölkələrin parlament sədrlərinin görüşündə ER Parlamentinin sədri Alen Simonyan da iştirak edib. Babken Tunyanın sözlərinə görə, Alen Simonyanın Türkiyəyə səfəri kifayət qədər mühüm faktdır.
“Ümid edirik ki, bu, üsləşdiyimiz bütün mürəkkəb problemlərə və çətinliklərə baxmayaraq, Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək”, - deyə Tunyan bildirib.