ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan “Hağtanak” parkında jurnalistlərlə keçirdiyi brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Nemesis” abidəsinin sökülməsi ilə bağlı çağırışına toxunub.
"Bu, Ermənistanın daxili məsələsidir və heç kimin ona qarışmağa haqqı yoxdur", - deyə Armen Grigoryan bildirib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan hakimiyyətini “Nemesis” abidəsini sökməyə çağırıb. Onun sözlərinə görə, bu baş verməsə, Türkiyə tərəfi Ermənistana qarşı yeni addımlar atacaq.