ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə müsahibəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə danışıqlara toxunub. O bildirdi ki, mayın 14-də Brüsseldə Ermənistanın baş naziri, Azərbaycan prezidenti və Avropa Şurasının prezidentləri arasında planlaşdırılan görüşdən sonra Kişinyovda Fransa prezidenti və Almaniya prezidentinin də iştirakı ilə görüş keçiriləcək.
Vaşinqton gürüşlərinə toxunan Armen Qrigoryan qeyd etdi ki, əsas məsələlər istiqamətində razıl əldə olunmayıb.
“Bu, Ermənistan Respublikasının suveren 29 800 kv.km ərazisinin qeydə alınması, Stepanakert-Bakı beynəlxalq mexanizminin yaradılması və beynəlxalq təminatların yaradılmasıdır. Hətta bugünkü vəziyyətdə, 9 noyabr üçtərəfli bəyanatı pozulur, çünki üçtərəfli bəyanata görə, Azərbaycan Laçin dəhlizində olmamalı idi, amma hazırda mövcuddur. Beynəlxalq təminat və ya təminatçılar qurumunun olması bizim üçün çox vacibdir”,- o vurğuladı.