Yerevan və Bakı Vaşinqtonda danışıqlarda mümkün sülh sazişinin bəzi şərtlərini razılaşdırıb.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib.
Vedant Patel müzakirələri konstruktiv adlandırıb və qeyd edib ki, əlavə xoşməramlılıq, çeviklik və kompromis nümayiş etdirməklə tərəflər razılığa gələ bilərlər.