Rusiya Ermənistan və Azərbaycan tərəfləri ilə daim təmasdadır və sülh gündəmini fəal şəkildə təbliğ edir, vasitəçilik səyləri göstərir. Bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin “Hağtanak” parkında jurnalistlərə bildirib.
O, yaxın vaxtlarda Moskvada görüşün baş tutacağına ümid etdiyini bildirib.
Kopirkinin sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti vəziyyətin nizamlanmasına töhfə vermək, o cümlədən Laçın dəhlizinin açılması üçün qarşısında duran problemləri həll edərək fəal səylər göstərir.
Onun sözlərinə görə, Moskva həmçinin cəmiyyətlər arasında dialoqun aktivləşdirilməsinin tərəfdarıdır.