Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamağa davam edib.
Bu barədə Avropa İttifaqı Şurasından bildirilib.
Qeyd edilib ki, liderlər 2023-cü il mayın 14-də Brüssel üçtərəfli görüşündə yenidən toplanmağa razılaşıblar.
Onların müzakirələrinə 1 iyun 2023-cü ildə Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüş də əlavə olunacaq.
Liderlər həmçinin yerdə davam edən hadisələri həll etmək üçün Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər tez-tez davam etdirməyə və Brüssel görüşlərinin müddəalarını daimi gündəmdə saxlamağa dair razılaşıblar.
Prezident Mişel 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.