Ermənistan ərazisinə keçmiş iki azərbaycanlıdan biri Aqşin Bəbirovun işi üzrə hökm çıxarılıb. Prokurorluqdan “Lurer”in sualına cavab olaraq bildirilib ki, Syunik bölgəsi ümumi yurisdiksiya məhkəməsi Bəbirovu 11 və 6 il müddətinə azadlıqdan məhrum edib.
Azərbaycan hərbçisi sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq atıcı silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.
O, ona qarşı irəli sürülən ittihamı qəbul edib.
İkinci əsgər Hüseyn Axundovun işi üzrə istintaq davam edir. Axundov “Zangezur mis-molibden kombinatı”nın mühafizəçisini öldürməkdə də ittiham olunur.