Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü mayın 10-da Moskvada baş tutacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bu tarixi Rusiya tərəfi təstiqləyib. Çavuşoğlu eyni gündə rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüş keçirəcəyini əlavə edib.