NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda apardığı danışıqları alqışlayıb.
“Ermənistan və Azərbaycan arasında 4 gün davam edən konstruktiv danışıqlardan sonra sabit sülh sazişinin bağlanması istiqamətində nəzərəçarpacaq irəliləyişin əldə edildiyini eşitməyə şadıq. Danışıqların və dialoqun alternativi yoxdur. NATO iki tərəfdaşımız olan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, - Kolomina "Twitter" mikrobloqunda yazıb.