Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib ki, Ukraynaya hərbi tədarükləri koordinasiya edərək, özünü diplomat deyil, Avropa İttifaqının müdafiə naziri kimi hiss edir.
O, Florensiyada Avropa İttifaqının vəziyyəti ilə bağlı ekspert konfransında deyib: “Mən heç vaxt mərmiləri sayacağımı düşünməmişdim.
Borel iddia edib ki, münaqişə "Ukraynanın kapitulyasiyası və rus qoşunlarının Avropa sərhədlərinə çıxarılması ilə bitməməlidir". O, həmçinin bəyan edib ki, Ukraynada “sülhdən danışmaq deyil, hərbi qələbəni dəstəkləmək vaxtıdır”.
Aİ prezident Vladimir Zelenskinin planını Ukrayna üçün yeganə sülh planı hesab edir, Brüssel Çinin təşəbbüsünü ciddi qəbul etmir və bunu xoş arzular toplusu hesab edir.
“Gəlin realist olaq. İndi biz Ukraynanın hərbi səylərini dəstəkləməliyik”, - Borel bildirib.