Mayın 5-də Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Xarici işlər nazirləri həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.