Mayın 2-də Kiprdə Ermənistan Respublikası parlamenti ilə Kipr Respublikasının Nümayəndələr Palatası arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın birgə iclası keçirilib.
İki parlament arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Kiprli tərəfdaşlar müxtəlif parlamentlərarası platformalarda Ermənistan Respublikasına bundan sonra da dəstək verməyə hazır olduqlarını bildiriblər.
ER parlamentinin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan komissiyanın sədri kimi Kiprdən olan həmkarlarını Ermənistana səfərə və komissiyanın növbəti iclasını Yerevanda təşkil etməyə dəvət edib.