Mayın 4-də müdafiə naziri Suren Papikyan hərbi hissələrə səfəri çərçivəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabitləri ilə təkbətək söhbət edib.
ER Müdafiə Nazirliyindən verilən məlumata görə, təkbətək söhbət zamanı nazir Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması və nizam-intizamın möhkəmləndirilməsi istiqamətində görülən işlərə, eləcə də zabitlərin xidməti fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.
Nazir Papikyan zabitlərlə onların sosial-məişət şəraiti barədə də danışıb.
Papikyan əmin edib ki, zabitlərin xidmətinin səmərəliliyinin və keyfiyyətinin artırılması, onların sosial təminatı istiqamətində bir sıra proqramların həyata keçirilməsi ER hərbi-siyasi rəhbərliyinin daim diqqət mərkəzindədir.