Ermənistanın baş naziri Nikol Paşinyan və Çexiyanın rəhbəri Petr Fiala ikitərəfli gündəmdən başqa, təhlükəsizlik və regional əhəmiyyətli məsələləri müzakirə ediblər. Bunu ER baş naziri Nikol Paşinyan birgə mətbuat konfransında deyib.
Baş nazir qeyd edib ki, bölgədə vəziyyət gərgin olaraq davam edir və bunun səbəbi odur ki, məşhur razılaşmalara baxmayaraq, Azərbaycan Ermənistan sərhədində, Dağlıq Qarabağda və Laçın dəhlizində vəziyyəti daim gərginləşdirərək güc tətbiqi və güc tətbiq etmək hədəsi siyasətini davam etdirir.
“Hesab edirik ki, beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə aydın və məqsədyönlü qiymət verməlidir, xüsusən də, fikrimizcə, Azərbaycanın hərəkətləri Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparmağa hazırlıqdır. Belə olan halda biz Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsini zəruri hesab edirik”, - deyə ER baş naziri bildirib.
Eyni zamanda, o, bütün çətinliklərə baxmayaraq, Ermənistan hökumətinin sülh gündəmini qəbul etdiyini vurğulayıb.