Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Dağlıq Qarabağda və xüsusən də Laçın dəhlizi ətrafında yaradılmış vəziyyətə toxunub.
“İlk növbədə, prezident Vladimir Putinin səyi ilə qaynar münaqişəni vaxtında söndürmək mümkün olub. ER, RF və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatda söz atəşin dayandırılması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin başlanmasın və Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqındadır. Dialoq yolu ilə dörd əsas istiqamətdə irəliləmək lazımdır - regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məqsədi ilə dialoq, ictimai və parlament istiqamətlərində iki ölkə arasında sərhədin demarkasiyası və münasibətlərin normalaşdırılması. Bunlar olmadan tənzimləmə haqqında ikitərəfli münasibətlərin tam inkişafından danışmaq çətindir.
Münaqişənin həllinin əsas komponentləri, xüsusən də atəşin dayandırılması və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında əsas istiqamətlərin müəyyənləşdirilməsi özlüyündə nailiyyətdir. Bu prinsiplər yalnız Rusiya Federasiyası və Prezident Putinin vasitəçilik missiyası sayəsində formalaşdırılıb və həyata keçirilməyə başlanıb”,- xarici işlər nazir müavini vurğuladı.
Onun sözlərinə görə, Rusiya bu illər ərzində dörd istiqamətdə əməli addımlar atmağa çalışıb, hər bir istiqamətdə ciddi potensial və gələcək irəliləyiş üçün əsaslar hazrılanıb.
“Aydındır ki, Dağlıq Qarabağda və onun ətrafında baş verənlər kimi köhnə və həssas münaqişə vəziyyətlərinin həlli, əgər realist yanaşsaq, çətiliklər olamadan və problemsiz ola bilməz”, - Qaluzin bildirib.