Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda aparılan danışıqlara toxunub.
“Danışıqların yekunu ilə bağlı bəyanatdan sonra tərəflər öz mövqelərini bildirəcəklər və bundan sonra Rusiya tərəfi bunu şərh edə bilər. Biz üçtərəfli razılaşmaların bütün müddəalarının həyata keçirilməsinin tərəfdarıyıq. Azərbaycan və Ermənistan XİN başçılarının Rusiya ərazisində görüşünün keçirilməsi perspektivlərinə gəlincə, biz bu barədə artıq danışmışıq. Görüşün vaxtı barədə daha sonra məlumat verəcəyik”,- Zaxarova qeyd etdi.