Mayın 2-də BMT Təhlükəsizlik Şurası çərçivəsində Fransa və Birləşmiş Ərəb Əmirliklərinin Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “Silahlı münaqişələr zamanı mədəni irsin qorunması” adlı tematik müzakirə keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müzakirələrdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru Odre Azule və BMT-yə üzv olan bir sıra dövlətlərin nümayəndələri çıxış ediblər.
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan öz çıxışında Dağlıq Qarabağda və Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəniyyət abidələrinin dağıdılmasına toxunaraq, bu cür hərəkətlərin Azərbaycan siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.
Səfir Marqaryan Azərbaycanın erməni mədəni irsinə qarşı əvvəllər etdiyi təcavüzlərin də sənədləşdirildiyini və geniş işıqlandırıldığını vurğulayaraq, Naxicevanda erməni kilsələrinin və 5000-dən çox xaçkarın dağıdılmasını xatırladıb.
Ermənistan Respublikasının daimi nümayəndəsi vurğulayıb ki, Ermənistan davamlı olaraq YUNESKO-nu Dağlıq Qarabağ və ətraf rayonlara faktaraşdırıcı missiya göndərməyə çağırıb, Azərbaycanın isə beynəlxalq strukturların yerdə bu faktlara müstəqil və qərəzsiz qiymət vermək səylərinə həmişə mane olub.