“Jurnalistlər həqiqəti müdafiə etdikləri kimi, dünya da onların yanında olmalıdır”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tviterdə yazıb.
O bildirib ki, peşə fəaliyyətlərinə görə jurnalistlərə təzyiq dayandırılmalıdır: “Təhdid və hücumları dayandırmaq lazımdır. Həqiqəti və həqiqəti söyləyənləri hədəf almağı dayandırmaq lazımdır”.
A.Quterreş qeyd edib ki, yalan və dezinformasiyaların yayılmasının da qarşısı alınmalıdır.