Anahit Manasyanın sərhəd yaşayış məntəqələrinə səfərləri davam edir. Ombudsman Geğarkunikdə olub.
Mayın 2-də hER Ombudsmanı Anahit Manasyan Geğarkunik rayonunun sərhəd yaşayış məntəqələrinə işgüzar səfər edib.
Ombudsman ofisindən verilən məlumata görə, Ombudsman səfərinin məqsədi yerində insan hüquqlarının pozulması ilə bağlı faktaraşdırma işi aparmaq, təsdiqedici faktlar və sübutlar toplamaq, mülki əhalini narahat edən məsələlərlə tanış olmaq olub.
Səfər nəticəsində toplanmış məlumatlar sübut edir ki, Azərbaycan hərbçiləri hələ də aqressiv davranışlar nümayiş etdirir, kənd sakinlərini silahla hədələyir, yaşayış məntəqələrinin yaxınlığında tez-tez atəş açır.
Qeyd olunub ki, sərhəd qəsəbələrinin sakinlərinin evlərinin, mülki infrastrukturlarının hədəfə alınması çox narahatedicidir. Ombudsman vurğulayıb ki, Azərbaycan hərbçilərinin güc tətbiq etməsi və güc tətbiq etməklə hədələməsi həm də sərhədyanı yaşayış məntəqələrinin sakinlərini terror etmək məqsədi daşıyır.
Toplanmış faktlar Ombudsman ofisində yekunlaşdırılacaq və beynəlxalq təşkilatlara təqdim olunacaqdır.
Xatırladaq ki, aprelin 14-də Anahit Manasyan Syunik bölgəsinin Teğ kəndinə işgüzar səfər etmişdi.