Almaniya hakimiyyəti NATO ilə Rusiya arasında gərginliyin qarşısını almaq üçün Ukraynaya silah tədarükü üçün birtərəfli addımlar atmayacaq. TASS xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts vətəndaşlarla görüşü zamanı bildirib.
Siyasətçinin fikrincə, Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə edilməməsi vacibdir. Kansler etiraf edib ki, Ukraynaya hərbi yardım lazımdır, lakin hələlik yeni sursat növlərinə ehtiyac yoxdur. DPA agentliyinin məlumatına görə, bu yolla Şolts Kiyevin Qərbdən almaq istədiyi döyüş təyyarələri ilə təmin etməkdən növbəti dəfə dolayı şəkildə imtina edib.
Ukrayna Berlindən ikinci IRIS-T hava hücumundan müdafiə sistemini və 16 idarə olunan raketi almışdı.