Kipr Respublikasına səfər çərçivəsində ER Parlamentinin nümayəndə heyəti bu gün Prezident Nikos Xristodulidis ilə görüşüb. Bu barədə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan “Facebook” səhifəsində bildirib.
“Respublika Prezidenti Ermənistan və Kipr arasındakı qardaşlıq münasibətlərini yüksək qiymətləndirdi.
Biz qarşılıqlı olaraq parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini vurğuladıq və onun dərinləşdirilməsi üçün yeni perspektivləri müzakirə etdik.
Azərbaycanın Laçın dəhlizində qeyri-qanuni keçid məntəqəsi qurması məsələsini Kipr Respublikasının Prezidentinə təqdim etdik.
Biz Azərbaycanla davam edən sülh prosesini, mövcud çağırışları və onların həlli yollarını müzakirə etdik”, - deyə qeyd olunub.