İlkin razılaşma var ki, Moskvada görüş keçirilməlidir. Bu barədə ER Parlamentinin deputatı A. Yeğoyan bildirdi.
“Bir neçə görüş baş tutacaq. Erməni tərəfinin danışıqlardan ən yüksək gözləntiləri var”, - deyə o bildirib.
Deputat vurğuladı ki, danışıqlar Ermənistan-Azərbaycan münasibətlərinin bütün spektrini əhatə edəcək.
Onun sözlərinə görə, Ermənistan tərəfi Bakı-Stepanakert dialoqunun baş tutması və Stepanakertin subyekt kimi təmsil olunması üçün hər şeyi edir.
“Əgər belə görünən mexanizmlər olmasa, biz Yerevan-Bakı dialoqunda olduğu kimi eyni problemlərlə üzləşəcəyik”, - deyə Arman Yeqoyan qeyd edib.
Qodnarma “Zəngəzur dəhlizinə” toxunan deputat qeyd edib ki,, bu, ümumiyyətlə, müzakirə oluna bilməz.
“Ermənistan Respublikası heç vaxt belə müzakirələrdə iştirak etməyib, heç vaxt öz ərazisinin bir metrini belə başqa dövlətə verməyə razı olmayıb. Belə bir ekstraterritorial dəhliz Ermənistan ərazisindən başqa dövlətə verilə bilməz”, - deyə o deyib.