Kreml Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması məsələsinə toxunub və bir daha bəyan edib ki, bu məsələdə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalara alternativ yoxdur.
“İki ölkə ilə bağlı mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların mümkün inkişafı təbii ki, ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür”,- deyə brifinq zamanı Dmitri Peskov qeyd edərək əlavə edib ki, , nizamlanmanın təməlini sarsıtmaq üçün müxtəlif cəhdlər var.
“Bunlar gələcəkdə nəticə verməyə bilərlər”, - deyə Peskov yekunlaşdırıb.